Geri qayıt Çap et

İsrailin Livandan çıxış şərti: “Hizbullah” tərksilah olunmalıdır

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail hərbçiləri “Hizbullah” silahı yerə qoyana qədər Livanın cənubundakı “təhlükəsizlik zonası”nda qalacaq.

“Ən vacibi odur ki, İsrail ilk növbədə Livanın cənubundakı təhlükəsizlik zonasında qalır. Bu, böyük nailiyyətdir və biz bunu ‘Hizbullah’ tərksilah olunana, İsrail Dövlətinə təhlükə mövcud olduğu müddətdə qoruyacağıq”, — deyə Netanyahu qeyd edib.

O, bu fikirləri ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan son çərçivə sazişini şərh edərkən səsləndirib.

İsrail hökumətinin başçısı ABŞ-da Livanla aparılan danışıqları ölkəsi üçün əhəmiyyətli uğur adlandırıb.

DenMedia.az