Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Primakov qiraətləri” forumunda bildirib ki, Moskva Ermənistanın bundan sonra münasibətləri hansı istiqamətdə inkişaf etdirəcəyi ilə bağlı yol ayrıcında olduğunu görür.
Peskovun sözlərinə görə, Ermənistan rəhbərliyi hazırda inkişaf yolunun seçimi barədə danışır və bu məsələ Rusiya üçün mühüm əhəmiyyət daşıyır.
“Biz görürük ki, indi Ermənistan, Ermənistan rəhbərliyi yol ayrıcındadır. Ermənistan rəhbərliyi gələcək inkişaf yolunun seçimi barədə danışır. Bu bizim üçün vacibdir, çünki əsrlər boyu Rusiya və Ermənistan qonşu, qardaş ölkələr olub”, — deyə Kremlin nümayəndəsi bildirib.
Peskov əlavə edib ki, Rusiya tərəfi münasibətlərin qorunub saxlanacağına ümid edir. Onun sözlərinə görə, Moskva və İrəvan arasında çoxlu ortaq maraqlar və işlər var.