Geri qayıt Çap et

Paşinyan keçmiş həyat yoldaşını ABŞ-da birinci xanımların toplantısına göndərəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ABŞ-a səfər edəcək. Bu barədə News.am məlumat yayıb.

Məlumata görə, Akopyan Global First Ladies Academy — Dünya Birinci Xanımlar Akademiyasının illik toplantısında iştirak edəcək.

Tədbir Nyu-Yorkda keçiriləcək. Bildirilir ki, Paşinyan iyunun 11-də Akopyanın ezamiyyəti ilə bağlı sənədləri imzalayıb. O, tədbirdə baş nazirin həyat yoldaşı statusunda iştirak edəcək.

Səfərin 26 iyundan 4 iyula qədər davam edəcəyi qeyd olunur.

Anna Akopyan həmçinin “Haykakan Jamanak” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir.

DenMedia.az