Geri qayıt Çap et

Əli Xamenei ilə vida mərasimlərinin tarixi açıqlandı

İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə vida mərasimləri 4-9 iyul tarixlərində keçiriləcək.

Bu barədə Tasnim agentliyi onun ofisinə istinadən məlumat yayıb.

Yayılan məlumata görə, 4 və 5 iyul tarixlərində vida mərasimləri Tehrandakı İmam Xomeyni adına mərkəzi məsciddə baş tutacaq.

6 iyulda İran paytaxtında matəm yürüşü keçiriləcək, 7 iyulda isə oxşar tədbirlərin Qum şəhərində təşkil olunması planlaşdırılır.

Əli Xameneinin dəfni 9 iyulda Məşhəddə keçiriləcək.

Xatırladaq ki, İranın keçmiş ali rəhbəri 28 fevralda ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub.

DenMedia.az