Geri qayıt Çap et

“Konstitusiya Məhkəməsinə müraciət edəcəyik”: Paşinyanın qələbəsi təhlükə altındadır

“Ermənistan” bloku seçkilərin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət verməyə hazırlaşır. Bu barədə blokun ikinci nömrəsi İşxan Saqatelyan bildirib.

Onun TASS-a istinadən yayılan sözlərinə görə, birlik digər müxalif qüvvələrlə də məsləhətləşməyi planlaşdırır.

Saqatelyan deyib:

Seçkilərin nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Əlbəttə, Konstitusiya Məhkəməsində qərarları kimin qəbul etdiyini anlayırıq, lakin bu, zəruri prosesdir.

DenMedia.az