Geri qayıt Çap et

Vaşinqton kritik casusluq təhlükəsinin hansı ölkədən gəldiyini bildirdi

ABŞ İsrail xüsusi xidmət orqanları tərəfindən yarana biləcək casusluq təhlükəsinin səviyyəsini kritik kimi qiymətləndirir.

Bu barədə NBC News məlumat yayıb.

Məlumata görə, Pentaqon Amerika rəsmilərinə qarşı kəşfiyyat fəaliyyətinin güclənməsindən ciddi narahatdır. Bununla yanaşı, İsrailin səfirliyi bu məlumatı təsdiqləməyib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, ABŞ-a qarşı izləmə ilə bağlı istənilən iddia ya dezinformasiyadır, ya da siyasi motiv daşıyır.

“Kəşfiyyat səylərimiz müttəfiqlərə deyil, düşmənlərə qarşı yönəlib”, — deyə səfirlikdən bildirilib.

DenMedia.az