Geri qayıt Çap et

Tanınmış jurnalist Reha Muhtar vəfat etdi

Tanınmış türkiyəli jurnalist və televiziya aparıcısı Reha Muhtar vəfat edib. Onun 66 yaşı var idi.

DHA xəbər verir ki, Reha Muhtar bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mayın sonunda Reha Muhtarın səhhəti pisləşmiş və o, Türkiyənin cənub-qərbində yerləşən Muğla vilayətinin Bodrum şəhərindəki özəl xəstəxanaya aparılmışdı.

Məşhur jurnalistə ürək çatışmazlığı diaqnozu qoyulmuşdu.

DenMedia.az