Geri qayıt Çap et

Sensasion açıqlama: Makron Trampı nə ilə şantaj edib?

Fransa Prezidenti Emmanuel Makronun ABŞ lideri Donald Trampı şantaj etməyə çalışdığı iddia olunur.

Jurnalist Kendis Ouens TASS-a açıqlamasında bildirib ki, Makron guya Ukrayna ilə bağlı razılaşma müqabilində Trampdan həyat yoldaşı Brijit Makron haqqında aparılan jurnalist araşdırmasının dayandırılmasını tələb edib.

Ouensin sözlərinə görə, Tramp ona birbaşa Mar-a-Laqo iqamətgahından zəng edib və bu barədə danışıb.

“Tramp mənə birbaşa zəng etdi. Bu uydurma deyil, real hekayədir. Məndə zənglərin qeydləri var. Daha dəqiq desəm, o, mənə Mar-a-Laqodan zəng etmişdi. Tramp dedi: bilirsən, Makron Rusiya və Ukrayna ilə bağlı nəyəsə imza atmaq üçün lazımdır, amma Emmanuel deyir ki, sən onun həyat yoldaşı haqqında danışmağı dayandırmayınca imza atmayacaq”, deyə Kendis Ouens bildirib.

DenMedia.az