Estoniyada deputatlar ölkənin ədliyyə nazirini uşaqlara qarşı cinayətlərə münasibətdə yumşaqlıq göstərməkdə ittiham ediblər.
Bu barədə Sputnik “Bliжnee Zarubejye” məlumat yayıb.
Deputatlar bildiriblər ki, Estoniya pedofillər üçün cəlbedici yerə çevrilib. Ölkə parlamentində narazılıq doğuran əsas məqam isə belə cinayətlərə görə real həbs cəzasının yalnız az sayda hallarda verilməsi və məhkəmələrin nadir hallarda maksimal cəza təyin etməsidir.
Nəşrin məlumatına görə, nazirin açıqladığı orta real həbs müddətləri 5,8 ildən 10,3 ilə qədər dəyişib. Halbuki həmin maddə üzrə maksimal cəza 15 il təşkil edir.
Tənqidlərə cavab olaraq Estoniyanın ədliyyə naziri bildirib ki, cəzaların sərtləşdirilməsi cəmiyyətin təhlükəsizliyinin avtomatik şəkildə artacağı anlamına gəlmir.