Geri qayıt Çap et

Səudiyyə Ərəbistanında həcc zamanı Rusiya vətəndaşları vəfat etdi

Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı 4 Rusiya vətəndaşı vəfat edib. Bunu RİA Novostiyə Rusiya Müsəlmanları Ruhani İdarəsinin beynəlxalq məsələlər və həcc üzrə sədr müavini, müfti Ruşan Abbyasov bildirib.

O əlavə edib ki, ümumilikdə bu il Məkkədə müqəddəs yerlərə ziyarət təşkilati baxımdan qaydasında keçir.

“Həccin əsas ayinləri başlamazdan əvvəl 4 rusiyalı zəvvar səhhəti ilə əlaqədar dünyasını dəyişib. Uca Allah onlara rəhmət etsin və yaxşı əməllərini qəbul etsin. Ümumilikdə isə bu il həcc təşkilatlı və rahat şəkildə keçir”, deyə Abbyasov bildirib.

DenMedia.az