Geri qayıt Çap et

Roma Papası tədbiri yarımçıq qoyub zəvvarın köməyinə getdi - VİDEO

Roma Papası XIV Lev Vatikanda keçirilən həftəlik audiyensiya zamanı halı qəfil pisləşən zəvvara yaxınlaşmaq üçün tədbiri yarımçıq saxlayıb. Hadisənin görüntülərini Associated Press agentliyi yayıb.

Kadrlarda kişinin izdiham arasında huşunu itirdiyi görünür. Pontifik dərhal ona tərəf gedib və Vatikan əməkdaşları zərərçəkənə yardım göstərərkən onun yanında diz çöküb.

Daha sonra zəvvar əlil arabası ilə ərazidən çıxarılıb, günəşdən qorunması üçün isə üzərində çətir tutulub.

Roma Papası zəvvarın həkimlərin nəzarəti altında təhlükəsiz vəziyyətdə olduğuna əmin olduqdan sonra vəzifələrinə qayıdıb. Hazırda onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

http://ok.ru/video/14478058392182

DenMedia.az