Geri qayıt Çap et

ABŞ-sız NATO mümkündürmü? Stoltenberqdən açıq cavab

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ Alyansdan çıxarsa, NATO-nun mövcudluğunu davam etdirməsi mümkün olmayacaq.

O, bu fikirləri İsveçin SVT telekanalının efirində səsləndirib.

Stoltenberqin sözlərinə görə, Avropa İttifaqı kollektiv təhlükəsizlik məsələlərində NATO-nu əvəz edə bilməz. O qeyd edib ki, Vaşinqton və Avropa ölkələri arasında parçalanmanın qarşısını almaq üçün bütün zəruri addımlar atılmalıdır.

Keçmiş Baş katib vurğulayıb ki, transatlantik birlik NATO-nun əsas dayaqlarından biridir və ABŞ-ın Alyansdakı rolu Avropanın təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.

DenMedia.az