"ABŞ hərbçilərinin İrana göndərilməsi ölkə daxilində inqilaba səbəb ola bilər".
Bunu ABŞ-ın keçmiş konqresmeni Mardjori Teylor Qrin sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Amerika cəmiyyəti yeni hərbi münaqişələrdən yorulub.
Qrin hesab edir ki, hazırkı administrasiya müharibələrə başlamamaq vədini pozub. Siyasətçi həmçinin ABŞ rəhbərliyinə qarşı çıxa biləcək koalisiya yaratmaq niyyətində olduğunu bildirib.
Keçmiş konqresmenin sözlərinə görə, belə bir birliyi dayandırmaq mümkün olmayacaq. O əlavə edib ki, İranla mümkün müharibənin qarşısının alınmasının tərəfdarıdır.