Geri qayıt Çap et

Trampın sui-qəsddən sonrakı məşhur pozası 7 metrlik qızılı heykələ çevrildi

ABŞ Prezidenti Donald Trampa məxsus, Floridada yerləşən Trump National Doral qolf kompleksində onun nəhəng qızılı heykəli ucaldılıb.

“Don Colossus” adlandırılan və təxminən 450 min dollara başa gələn heykəlin hündürlüyü 7 metrə yaxındır. Qızılı örtüklü heykəlin açılışı dini liderlərin iştirakı ilə keçirilən təntənəli mərasimlə baş tutub.

Heykəl 2024-cü ildə Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən sonra onun yumruğunu havaya qaldırdığı məşhur pozanı təsvir edir. Bu abidə güc nümayişi kimi qiymətləndirilib.

DenMedia.az