Geri qayıt Çap et

İran Küveytdən dörd vətəndaşının dərhal azad edilməsini tələb etdi

Fars körfəzi akvatoriyasında Küveyt Hərbi Dəniz Qüvvələri İran gəmisinə hücum edib.

Bunu İranın xarici işlər naziri Abbas Araqçi X sosial şəbəkəsində bildirib.

O, həmçinin Küveyt təhlükəsizlik qüvvələri tərəfindən dörd İran vətəndaşının qanunsuz saxlanıldığını bəyan edib.

Araqçinin açıqlamasında deyilir:

Açıq-aşkar nifaq salmaq cəhdi çərçivəsində Küveyt Fars körfəzində İran gəmisinə qanunsuz hücum edib və dörd vətəndaşımızı saxlayıb. Bu qanunsuz akt ABŞ-ın İrana hücumlar üçün istifadə etdiyi adanın yaxınlığında baş verib. Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edirik və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq.

DenMedia.az