ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında blokadanın başlanmasından bəri İran limanlarına gedən və ya bu limanlardan çıxan 65 kommersiya gəmisini saxlayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının — CENTCOM-un X sosial şəbəkəsindəki məlumatında deyilir.
Məlumatda bildirilir:
USS Abraham Lincoln aviadaşıyıcısı Ərəb dənizində əməliyyatları, o cümlədən ABŞ-ın İrana qarşı dəniz blokadasının təmin edilməsini davam etdirir. Bu günədək CENTCOM qüvvələri İran limanlarına girişin və ya bu limanlardan çıxışın qarşısını almaq üçün 65 kommersiya gəmisini istiqamətini dəyişməyə məcbur edib, dörd gəmini isə sıradan çıxarıb.