Geri qayıt Çap et

Tramp "supergüclü" hesab etdiyi iki dövlətin adını açıqladı

ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən Birləşmiş Ştatları və Çin Xalq Respublikasını dünyanın iki supergücü adlandırıb.

O, xüsusilə vurğulayıb ki, Amerika ordusu planetin ən güclü ordusudur, Çin ordusu isə ikinci yerdədir.

Tramp bildirib:

ABŞ və Çin Xalq Respublikası iki supergücdür.

ABŞ lideri mayın 13-15-də Pekinə səfər edəcək. Səfər çərçivəsində onun Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqları planlaşdırılır.

Qeyd edək ki, əvvəlcə bu səfərin martın sonu - aprelin əvvəlində baş tutması nəzərdə tutulurdu. Lakin İran ətrafındakı münaqişə ilə bağlı Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi səbəbindən səfər təxirə salınmışdı.

DenMedia.az