"Ukrayna böhranı, ehtimal ki, yaxın vaxtlarda həll olunacaq".
Bu fikri ABŞ Prezidenti Donald Tramp səsləndirib. Yayım APT-nin “YouTube” kanalında aparılıb.
Ağ Ev rəhbərinin proqnozuna görə, bu, 2026-cı ilin sonunadək baş verəcək. Respublikaçı əlavə edib ki, Moskva ilə Kiyev arasındakı münaqişənin başa çatması üçün əlindən gələn hər şeyi etməyə hazırdır.
Tramp bildirib:
Düşünürəm ki, Ukraynada münaqişənin başa çatması artıq çox yaxındır. Mən lazım olan hər şeyi edəcəyəm.