ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı operativ donanması bildirib ki, qitələrarası ballistik raketlərlə təchiz edilmiş “Ohio” sinifli Amerika strateji atom sualtı qayığı Cəbəllütariqdəki bazaya daxil olub.
Məlumatda deyilir:
Limana səfər ABŞ-ın imkanlarını, çevikliyini və NATO üzrə müttəfiqlərinə sarsılmaz sadiqliyini nümayiş etdirir.
Sualtı qayıq Cəbəllütariqə mayın 10-da daxil olub.
6-cı operativ donanma qeyd edib:
Sualtı qayıqlardan buraxılan “Ohio” sinifli ballistik raketlər ABŞ-ın nüvə triadasının ən dayanıqlı komponentini təmin edir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində olan 14 “Ohio” sinifli strateji sualtı qayığın hər biri fərdi tuşlamalı ayrılan döyüş başlıqlarına malik 20 “Trident II D-5” ballistik raketi daşımaq qabiliyyətinə malikdir.