Geri qayıt Çap et

Tramp FEMA rəhbərliyinə yeni namizəd irəli sürdü - FOTO

ABŞ prezidenti Donald Tramp Federal "Emergency Management Agency" (FEMA) rəhbəri vəzifəsinə Kemeron Hamiltonun namizədliyini irəli sürüb.

Bu barədə AP агентliyi məlumat yayıb.

Bildirilib ki, Hamilton daha əvvəl agentliyə müvəqqəti rəhbərlik edib, lakin FEMA-nın ləğvinə qarşı çıxdıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Nəşrin məlumatına görə, Ağ Evin bu qərarı administrasiyanın əvvəlki sərt mövqeyinin yumşaldığını göstərir.

Əgər Senat namizədliyi təsdiqləsə, Kemeron Hamilton prezidentin və daxili təhlükəsizlik naziri Markueyn Mallinin fövqəladə hallarla bağlı əsas müşaviri olacaq.

O, həmçinin Trampın ikinci prezidentlik dövründə FEMA-nın ilk daimi rəhbəri kimi tarixə düşəcək.

AP qeyd edir ki, agentlik hazırda ciddi kadr və institusional böhran yaşayır.

Məlumata görə, FEMA 2025-ci ilin əvvəlindən bəri üç müvəqqəti rəhbər dəyişib.

DenMedia.az

Hamilton yanvar ayında FEMA-nın ləğvinin “Amerika xalqının maraqlarına uyğun olmadığını” bildirdikdən sonra diqqət mərkəzinə düşmüşdü.