Donald Tramp administrasiyasının Ukraynaya yardımı 99 faiz azaltdığı bildirilib.
Bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, eyni zamanda Vaşinqton Moskva ilə daha əlverişli münasibətlər qurmağa çalışır.
Məqalədə qeyd olunur ki, ABŞ və Ukrayna arasındakı münasibətlər tədricən pisləşib və bu proses Kiyev üçün uğursuzluqlar və siyasi təzyiqlərlə müşayiət olunub.
Jurnalistlər xatırladıblar ki, vəzifəyə gəldikdən bir ay sonra Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə sərt mesaj vermişdi.