Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən yeni konstitusiyanın qəbulunun vacibliyini bəyan edib.
Qarşımızda demokratiyamızı aşağıdan yuxarıya doğru yeni, əhatəli, liberal və mülki konstitusiya ilə qurmaq imkanı açılır, — deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, yeni konstitusiya ölkənin müasir siyasi reallıqlarını əks etdirməlidir.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu addım respublikanın “ən yüksək hüquqi məntiqə” çatmasına imkan verəcək.