İranlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi Tehrandakı “Pars” xəstəxanasına yerləşdirilib.
Bu barədə onun vəkili Mostafa Nili X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, aktivistin həbs cəzası müalicə məqsədilə müvəqqəti dayandırılıb.
Müalicə üçün hökmün icrasının dayandırılması qərarından sonra Məhəmmədi Zəncandakı xəstəxanadan çıxarılıb və təcili yardım maşını ilə Tehrandakı “Pars” xəstəxanasına aparılıb, — deyə vəkil bildirib.
Mostafa Nili qeyd edib ki, tibbi ekspertiza çoxsaylı xəstəliklər səbəbindən müalicənin həbsxanadan kənarda, şəxsi həkim nəzarəti altında davam etdirilməsini zəruri hesab edib.