İspaniyanın Kanar adalarına çatan “MV Hondius” kruiz gəmisini 100-ə yaxın insan tərk edib.
Bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya məlumat verib.
Gəmidə daha əvvəl hantavirus yayılması qeydə alınmışdı.
Nazirin sözlərinə görə, gəmidən 19 ölkədən olan 94 nəfər təxliyə olunub.
İspaniya hakimiyyəti sərnişinlərin təxliyəsi üçün xüsusi protokol hazırlayıb.
Bildirilib ki, son repatriasiya reysi mayın 11-nə planlaşdırılıb.
Təxliyə başa çatdıqdan sonra gəminin Niderlanda göndərilməsi gözlənilir.
Bortda təxminən 30 heyət üzvü qalacaq və gəmidə dezinfeksiya işləri aparılacaq.
Ümumilikdə səkkiz nəfərdə hantavirus aşkarlanıb.
Üç sərnişin həyatını itirib.
Yoluxanlardan biri isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir.