ABŞ-nin keçmiş prezidenti Barak Obama sonradan təkzib olunan “Rusiya izi” nəzəriyyəsinin yaradılmasında ittiham edilib.
Bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin yaydığı məlumatda bildirilir.
Söhbət hazırkı ABŞ prezidenti Donald Trampla Rusiyanın guya əlaqələrinin olması barədə iddialardan gedir.
Rusiya ilə bağlı saxtakarlıqların yaradılmasına rəhbərlik edən şəxs, — deyə qurum Obamanın müsahibəsindən paylaşılan fraqmentə cavab olaraq bildirib.
Yayımlanan videoda Barak Obama qeyd edib ki, Ağ ev ABŞ prezidentinin göstərişi ilə Ədliyyə Nazirliyini insanları təqib etməyə yönləndirməməlidir.
Milli Kəşfiyyat İdarəsi paylaşımına 2025-ci ilə aid hesabat da əlavə edib.
Həmin sənəddə Obamanın guya “Rusiya izi” işi üçün əsas olmuş saxta hesabatın hazırlanmasına göstəriş verdiyini təsdiqləyən “yeni sübutların” yer aldığı iddia olunur.