Geri qayıt Çap et

Pekində sensasion qərar: Keçmiş nazirlər edam hökmü ilə üzləşdi - FOTO

Çinin keçmiş müdafiə nazirləri Vey Fenxe və Li Şanfu rüşvət almaqda təqsirli bilinərək ölüm cəzasına məhkum ediliblər.

Qərara əsasən, hökmün icrası iki il müddətinə təxirə salınıb.

General-polkovniklər Li Şanfu və Vey Fenxe hələ 2024-cü ildə hərbi rütbələrindən məhrum edilmiş və Çin Kommunist Partiyasından xaric olunmuşdular.

Li Şanfu 2023-cü ilin mart-oktyabr aylarında müdafiə naziri vəzifəsində çalışıb. Vey Fenxe isə bu posta 2018-ci ilin martından 2023-cü ilin martına qədər rəhbərlik edib.

DenMedia.az