Roma Papası XIV Lev ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib. Bu barədə Vatican News məlumat yayıb.
Bundan əvvəl Tramp siyasətinə qarşı çıxan pontifikə ehtiyacı olmadığını bildirmişdi. Buna cavab olaraq Katolik Kilsəsinin rəhbəri əsas missiyasının İncilin yayılması və sülhün təbliği olduğunu vurğulayıb.
Katolik Kilsəsinin missiyası İncilin təbliği və sülhü yaymaqdır. Əgər kimsə buna görə məni tənqid etmək istəyirsə, qoy bunu dürüst şəkildə etsin. Mən sadəcə eşidiləcəyimə ümid edirəm, — deyə pontifik bildirib.
Donald Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, özü Ağ Evdə olmasaydı, XIV Lev Vatikanın rəhbəri olmazdı. ABŞ liderinin bu açıqlamaları bir sıra siyasətçilər tərəfindən tənqid olunub. Bundan sonra Tramp ona qarşı çıxanları dəstəksiz qoyacağı ilə hədələyib.
Roma Papası isə ABŞ-ın İranla bağlı addımlarını tənqid edərək İran xalqına qarşı təhdidlərin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, hökmranlıq arzusu İsa Məsihin yoluna uyğun deyil.