Geri qayıt Çap et

ABŞ Müdafiə naziri atəşkəslə bağlı son durumu açıqladı

ABŞ Müdafiə naziri Pit Heqset bildirib ki, İranla əldə olunmuş atəşkəs razılaşması hələ də qüvvədədir və davam edir.

Hazırda atəşkəs qorunur və bitməyib, deyə Heqset mətbuat konfransında vurğulayıb.

O qeyd edib ki, Hörmüz boğazından kommersiya gəmilərinin keçidini təmin edən “Azadlıq” əməliyyatı ayrıca və müstəqil xarakter daşıyır.

Nazirin sözlərinə görə, əməliyyatın əvvəlində müəyyən gərginlik gözlənilirdi və bu baş verib. ABŞ tərəfi özünü qəti şəkildə müdafiə etdiyini də bildirib.

Pit Heqset əlavə edib ki, İran ABŞ-ın bu missiyanı davam etdirməkdə qərarlı olduğunu anlayır. O həmçinin vurğulayıb ki, atəşkəsin taleyi ilə bağlı yekun qərarı ABŞ prezidenti verəcək və Vaşinqton Tehrana ehtiyatlı davranmağı tövsiyə edir.

Denmedia.az