Yer kürəsində mayın 4-dən 5-nə keçən gecə orta səviyyəli (G2) maqnit qasırğaları qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Günəş-Yer Fizikası İnstitutu (İSZF) məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, qasırğalar gecə saatlarında başlayıb və pik nöqtəsində — təxminən gecə yarısı — G2 səviyyəsinə çatıb.
Maqnit qasırğalarının səbəbi aprelin 30-da qeydə alınmış koronal plazma axını olub. Bu proses nəticəsində qütb parıltıları yaranıb və onların intensivliyi 10 ballıq şkala üzrə 8-ci səviyyəyə qədər yüksəlib.
Alimlər əlavə edib ki, yaxın 3–4 gün ərzində Günəşin şərq kənarında iri aktiv sahənin meydana çıxacağı gözlənilir. Bu isə növbəti aktivlik dalğasına səbəb ola bilər. Hazırda Günəşin görünən tərəfində enerji səviyyəsi aşağı olsa da, aktiv ləkələrin sayı kifayət qədərdir.