ABŞ-ın sabiq prezidenti Barak Obama 2016-cı ildə Ağ Evə səfər edən hazırkı lider Donald Tramp haqqında təəssüratlarını bölüşüb.
Bu barədə The New Yorker yazır.
Məlumata görə, Obama Trampla ənənəvi inaqurasiya öncəsi Oval kabinetdə görüşüb və seçilmiş prezidentin nə qədər məlumatsız və maraqsız olması onu təəccübləndirib.
Obamanın sözlərinə görə, respublikaçı siyasətçi Şimali Koreya və Rusiyadan gələn mümkün milli təhlükəsizlik riskləri ilə bağlı müzakirələrə laqeyd yanaşıb. O əlavə edib ki, Tramp daha çox seçki mitinqlərində iştirak edən insanların sayı ilə öyünməyə üstünlük verirdi.
Sabiq prezident vurğulayıb ki, artıq Ağ Evin hazırkı rəhbəri ilə bağlı heç bir illüziyası qalmayıb.