İranın ali lideri Müctəba Xameneinin rəhbərliyi ilə Fars körfəzinin idarə olunması üzrə yeni qaydalar müəyyən ediləcək. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri açıqlama verib, məlumatı Tasnim agentliyi yayıb.
Açıqlamada qeyd olunur ki, yeni qaydalar birbaşa ali rəhbərliyin nəzarəti altında hazırlanacaq və tətbiq ediləcək.
“Fars körfəzinin idarə olunması üzrə yeni qaydalar ali liderin rəhbərliyi ilə müəyyən ediləcək və həyata keçiriləcək.”
Komandanlıq bildirib ki, KİKQ-nin Dəniz Qüvvələri İranın Fars körfəzi və Hörmüz boğazı boyunca təxminən 2000 kilometrlik sahil xəttinə nəzarət edəcək.
Eyni zamanda vurğulanıb ki, bu akvatoriya İran xalqı üçün gəlir mənbəyinə, eləcə də region üçün təhlükəsizlik və rifah zonasına çevriləcək.