Geri qayıt Çap et

Britaniya və Avropa ölkələri yeni hərbi dəniz alyansı yaradır - Rusiyaya qarşı

Böyük Britaniya və daha doqquz Avropa ölkəsi Rusiyaya qarşı birgə hərbi-dəniz qüvvələri yaratmağı planlaşdırır. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Qvin Cenkins bildirib, məlumatı The Guardian yayıb.

Onun sözlərinə görə, yeni struktur NATO-nu tamamlayan əlavə mexanizm kimi fəaliyyət göstərəcək.

Planlaşdırılan alyansa Danimarka, Finlandiya, İslandiya, İsveç, Norveç, Baltik ölkələri və Niderland da daxil olacaq.

Bildirilib ki, bu qüvvələr əsasən birgə təlimlər və hərbçilərin hazırlığı ilə məşğul olacaq, idarəetmə isə Londondakı qərargahdan həyata keçiriləcək.

General qeyd edib ki, belə bir birlik mümkün hərbi qarşıdurma halında real əməliyyat imkanları və planlaşdırma üstünlüyü yaradacaq.