Geri qayıt Çap et

Trampın atəş açana üç maddə üzrə ittiham irəli sürüldü

Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən atışma ilə bağlı saxlanılan şəxsə rəsmi ittihamlar irəli sürülüb. Bu barədə CNN məlumat yayıb.

ABŞ-ın Kolumbiya dairəsi üzrə prokuroru Jeanine Pirro bildirib ki, şübhəliyə:

  • odlu silahdan istifadəyə görə iki maddə,
  • federal əməkdaşa təhlükəli silahla hücuma görə bir maddə üzrə ittiham verilib.

“Bu şəxs mümkün qədər çox zərər vurmaq niyyətində idi,” — deyə prokuror qeyd edib.

Hadisə ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbir zamanı baş verib, araşdırma davam edir.

DenMedia.az