Geri qayıt Çap et

Tramp rüsumların ləğvi səbəbindən ABŞ-ın ödəyəcəyi məbləği açıqladı

ABŞ Prezidenti Donald Tramp məhkəmə qərarı səbəbindən 159 milyard dolların geri qaytarılacağını bildirib.

Tramp sosial şəbəkədə yazıb ki, Ali Məhkəmənin əlavə idxal rüsumlarını qanunsuz sayması Ağ Evi böyük məbləği geri ödəməyə məcbur edir.

Məlumata görə, 2025-ci ildə tətbiq edilən əlavə rüsumlar məhkəmə tərəfindən səlahiyyətlərin aşılması kimi qiymətləndirilib. Qərarda vurğulanıb ki, ticarət sahəsində belə qərarlar yalnız ABŞ Konqresi tərəfindən qəbul edilə bilər.

Bu qərar nəticəsində şirkətlərə və vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması tələb olunur.

Tramp isə bildirib ki, məhkəmə istəsəydi, artıq ödənilmiş vəsaitlərin geri qaytarılmaması ilə bağlı ayrıca qeyd edə bilərdi.

DenMedia.az