“Tesla” Cybercab modelinin istehsalına başladı — sükan və pedallarsız ilk tam avtonom avtomobil.
Şirkətin baş icraçı direktoru İlon Mask bu barədə X sosial şəbəkəsində məlumat verib.
“Cybercab istehsala başladı.”
Məlumata görə, bu model iki nəfərlikdir və tam avtonom işləyir — avtomobildə nə sükan, nə də pedallar mövcuddur. Beləliklə, Mask ötən il verdiyi vədi yerinə yetirərək 2026-cı ilin ikinci rübündə istehsala start verib.
Cybercab modelinin digər “Tesla” avtomobillərindən daha əlçatan olacağı bildirilir. 2024-cü ildə təqdimat zamanı Mask onun qiymətinin 30 min dollardan aşağı olacağını açıqlamışdı.
Şirkət ilin sonuna qədər bu modelin kütləvi istehsal mərhələsinə keçməyi planlaşdırır. Bundan əlavə, avtomobilin robotaksi kimi istifadə olunması da nəzərdə tutulur.