Geri qayıt Çap et

Günəşdə güclü partlayış — Yer üçün təhlükə varmı?

Günəşdə maksimal X sinifli güclü alışma qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, alışmanın gücü X2.5 səviyyəsində olub və son iki ay yarım ərzində ən güclü hadisə hesab olunur. Bildirilir ki, partlayış iri plazma atılması ilə müşayiət olunub və bu, kosmik teleskopların görüntülərində aydın görünür.

Plazma əsasən yan istiqamətə yayılır, buna görə hadisənin Yer üçün təhlükəsiz olma ehtimalı yüksək qiymətləndirilir.

Alışmanın mərkəzi Günəşin kənar hissəsinə yaxın yerləşdiyi üçün plazma axını Yer istiqamətinə birbaşa yönəlməyib. İlkin qiymətləndirməyə görə, yalnız zəif təmas mümkündür, ciddi təsirlər gözlənilmir.

Bununla belə, alimlər Günəş aktivliyinin azalmadığını qeyd edir və gün ərzində yeni güclü alışmaların baş verə biləcəyini istisna etmirlər.

DenMedia.az