Geri qayıt Çap et

Britaniya kəşfiyyatı: 100 ölkədən kiberhücum riski artır

Britaniya kəşfiyyatı təxminən 100 dövlət tərəfindən həyata keçirilə biləcək kiberhücum riskləri barədə xəbərdarlıq edib.

Bu barədə Politico məlumat yayıb.

Məlumata görə, risklərin artması kommersiya məqsədli casus proqram təminatının geniş yayılması və rəqəmsal təhlükələrin çoxalması ilə bağlıdır.

Bildirilir ki, təxminən 100 ölkə əvvəllər dissidentlərə qarşı istifadə olunan Pegasus və Predator kimi casus proqramları əldə edib.

Sənəddə qeyd olunur ki, artıq hədəf dairəsi genişlənib və kiberhücumlar daha çox bankirlər, iri şirkət rəhbərləri və biznes nümayəndələrinə yönəlir. Son bir ildə ciddi kiberhücumların sayının iki dəfə artdığı, insidentlərin böyük hissəsinin isə dövlət strukturları ilə əlaqəli olduğu bildirilir.

Həmçinin vurğulanır ki, süni intellekt texnologiyalarının inkişafı əlavə təhlükə yaradır. Yeni İİ modellərinin sistemlərdəki zəiflikləri daha sürətli aşkarlayıb istismar edə bilməsi qlobal kiber riskləri artırır.

DenMedia.az