Geri qayıt Çap et

Tramp Ağ Evdə təcili toplantı keçirdi

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yenidən bağlanması və İranla davam edən danışıqları müzakirə etmək üçün Ağ Evdə toplantı keçirib.

Bu barədə Axios xəbər saytı ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, Tramp səhər saatlarında komandasını toplayaraq İranla bağlı son vəziyyəti müzakirə edib.

Məlumata görə, Vəziyyət Otağında keçirilən görüşdə vitse-prezident JD Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqseth və maliyyə naziri Skott Bessent iştirak edib. Onlar İranın Hörmüz boğazını yenidən bağlaması və davam edən danışıqları dəyərləndiriblər.

Toplantıda həmçinin Trampın aparat rəhbəri Süzi Uayls, Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və Baş Qərargah rəisi Den Keyn də iştirak edib.

Ağ Ev görüşlə bağlı rəsmi açıqlama verməyib.

DenMedia.az