Geri qayıt Çap et

Papa Lev XIV Tramp ilə mübahisə etmək istəmir

Papa Lev XIV ABŞ Prezidenti Donald Tramp ilə mübahisəyə girməyi planlaşdırmadığını bildirib.

Pontifik qeyd edib ki, onun “bir ovuc tiran” barədə son açıqlaması ABŞ liderinə yönəlməyib. Bu barədə Reuters məlumat yayıb.

“Belə alındı ki, buna elə baxdılar, guya mən prezidentlə mübahisə etmək istəyirəm, halbuki bu, ümumiyyətlə mənim maraqlarım daxilində deyil”

— deyə o, jurnalistlərə bildirib.

Papa vurğulayıb ki, o, bundan sonra da sülh və barışıq çağırışlarını davam etdirəcək və mövqeyi ABŞ administrasiyasına qarşı siyasi hücum kimi qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, fəaliyyəti İncil mesajı və kilsənin missiyası ilə istiqamətlənir.

DenMedia.az