Geri qayıt Çap et

Lavrov Kallasa istehza etdi: Avropada belə liderlər olduğu müddətdə sakitəm

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda çıxışı zamanı bildirib ki, Avropada Kaya Kallas kimi siyasətçilər olduğu müddətdə o, sakitdir. Çıxış Rusiya XİN-in Rutube kanalında yayımlanıb.

Nazir Kallasın son 100 ildə Rusiyanın guya 19 ölkəyə hücum etməsi ilə bağlı açıqlamasını xatırladıb.

“Mən şəxsən sakitəm, Avropada belə insanlar olduqca ümid var ki, tarixi baxımdan sivil, savadlı və ağıllı Avropa xalqları bu cür liderlərin dəyərini anlayacaq,” — deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, aprelin əvvəlində Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas yenidən Rusiyanı son 100 ildə 19 ölkəyə hücum etməkdə ittiham etmişdi.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov buna cavab olaraq Kallasa öz tövsiyəsinə əməl edib içki içməyə başlamağı təklif etmişdi. Kremlin nümayəndələri isə bu iddiaları “eston tarixçilərinin yeni araşdırmaları” kimi ironik şəkildə qiymətləndirib.

DenMedia.az