İtaliyanın Baş naziri Corca Meloni ilə Fransanın Prezidenti Emmanuel Makronun Parisdə keçirilən görüşü diplomatik qalmaqalla yadda qalıb. Bu barədə BFM telekanalı məlumat yayıb.

Məlumata görə, Fransa lideri “həddindən artıq səmimi” davranış sərgiləyərək Melonini qucaqlayıb və bu, İtaliya tərəfi üçün narahatlıq yaradıb.

Canlı yayım zamanı jurnalist Makronun qəfil şəkildə Melonini möhkəm qucaqlamasına reaksiya verə bilməyib.
İtaliyanın Il Manifesto qəzeti Makronun davranışını həddindən artıq sərbəstlik kimi qiymətləndirib. Jurnalistlər yanaqdan öpüşü də tənqid edərək bunu “vulqar"adlandırıblar.