Geri qayıt Çap et

Trampın bəyanatı Netanyahunu şoka saldı

ABŞ Prezidenti Donald Trampın İsrailin Livana zərbələrinin “qadağan edildiyini” bildirdiyi paylaşım İsrailin Baş naziri Binyamin Netanyahu üçün gözlənilməz olub. Bu barədə Axios mənbələrə istinadən yazır.

Məlumata görə, İsrail hakimiyyəti məsələ ilə bağlı Ağ Evdən izahat istəyib.

Xatırladaq ki, Tramp daha əvvəl İsrailə Livana zərbələr endirməyə “artıq icazə verilmədiyini” və ABŞ-ın bunu qadağan etdiyini açıqlamışdı.

DenMedia.az