Çoxarvadlı sektanın lideri Sem Beytmanın Britaniya kraliçası II Elizabetə qarşı qəribə aludəliyi üzə çıxıb.
Bu barədə People nəşri yazır.
Məlumata görə, özünü peyğəmbər elan edən və çoxarvadlılığı tətbiq edən dini qrupun lideri olan Sem Beytmanın 20 “arvadı” olub, onların arasında azyaşlılar da yer alıb.
2016-cı ildə ABŞ-ın Kolorado-Siti şəhərində yaşayan Beytmanın ətrafına psixologiya üzrə ekspert Kristin Mari və həyat yoldaşı Tolqa Katas daxil olublar. Onlar sənədli film çəkirmiş kimi davranaraq onun yaxın çevrəsinə sızıb və beləliklə, gizli istəklərini üzə çıxarıblar.

Bildirilir ki, Sem Beytman II Elizabetin Yuta və Arizona sərhədinə gəlib onunla evlənməsini istəyirmiş. Hətta 2022-ci ildə o, kraliçanı təsirləndirmək üçün “arvadlarının” iştirakı ilə xüsusi video çəkilməsini də tələb edib. O, həmçinin gələcəkdə Şimali və Cənubi Amerikaya, hətta İngiltərəyə rəhbərlik edəcəyini iddia edib.
Araşdırma nəticəsində məlum olub ki, o, azyaşlı qızları “evlilik” adı ilə istismar edib. 2024-cü ildə Sem Beytman azyaşlının qaçırılması və cinsi istismar məqsədilə daşınması ilə bağlı ittihamları qəbul edib və 50 il həbs cəzasına məhkum olunub.