ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenin Kaliforniya ştatında 20 milyon dollardan çox borcu olduğu və ödənişdən yayındığı bildirilir.
Bu barədə The New York Post mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Hanter Bayden hazırda Los-Anceles ətrafında yerləşən geniş bir malikanədə yaşayır. Onun Cənubi Afrikada olması ilə bağlı yayılan xəbərlərin isə ailə tərəfindən yaradılmış görüntü olduğu iddia edilir — guya maliyyə çətinliyi yaşadığını göstərmək üçün.
Bundan əvvəl The Daily Mail yazmışdı ki, o, təxminən 17 milyon dollar borc fonunda ölkəni tərk edib. Həmçinin onun keçmiş vəkili Barri Kobern ( Winston & Strawn LLP hüquq şirkəti ) tərəfindən məhkəməyə verildiyi və 50 min dollardan çox borcunun olduğu bildirilir.