Geri qayıt Çap et

Antoniu Koşta Körfəz turuna başladı

Avropa Şurasının Prezidenti Antoniu Koşta Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Əbu-Dabiyə gəlib.

O, bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Antoniu Koşta bildirib ki, Körfəz ölkələrindəki tərəfdaşlara üç əsas mesajla gəlib:

“İrana qarşı əsassız, qanunsuz hücumlar fonunda tam həmrəyliyimizi ifadə edirik; Körfəz ölkələri üçün etibarlı tərəfdaşıq və töhfə verməyə hazırıq; Birgə işləyərək Yaxın Şərqdə danışıqlar və diplomatiya yolu ilə davamlı sülh strategiyasını dəstəkləyə bilərik.”

Qeyd edək ki, bu səfər iki həftəlik regional tur çərçivəsində həyata keçirilir.

DenMedia.az