Geri qayıt Çap et

Tramp NATO-nu məntiqsiz adlandırdı

ABŞ Prezidenti Donald Tramp bir daha NATO-nun maliyyə siyasətini sərt tənqid edib. Jurnalistlərin suallarını cavablandıran prezident bildirib ki, amerikalı vergi ödəyiciləri Avropanı Rusiyadan qorumaq üçün alyansa trilyonlarla dollar xərcləyib.

“Bilirsiniz, biz NATO-ya trilyonlarla dollar xərcləmişik ki, onlar Rusiyadan qorunsun! Fikir versəniz, biz özümüzü Rusiyadan qoruyuruq. Mən bunu çoxdan bir qədər məntiqsiz hesab edirəm”

— deyə ABŞ lideri vurğulayıb.

Respublikaçı prezident əlavə edib ki, ABŞ-ın müttəfiqlərin müdafiəsinə yönəltdiyi iri həcmli xərclər ciddi şəkildə yenidən qiymətləndiriləcək.

Qeyd olunub ki, alyans Trampın bu kimi açıqlamalarına hələlik rəsmi cavab verməyib.

DenMedia.az