Geri qayıt Çap et

ABŞ-dan gözlənilməz addım - İranın aktivləri açılır

ABŞ İranın aktivlərinin dondurulmasının aradan qaldırılmasına razılıq verib, bu barədə Reuters xəbər verir.

Mənbənin məlumatına görə, söhbət xarici banklarda, o cümlədən Qətərdə bloklanmış vəsaitlərdən gedir.

Tehranda bu addım Vaşinqtonla mümkün uzunmüddətli razılaşmaya doğru niyyətin ciddiliyinin göstəricisi və xoşməramlı jest kimi qiymətləndirilir. Bununla belə, ABŞ tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

DenMedia.az