İran İslam Respublikası Fars körfəzi bölgəsindəki müharibədə qalib gəldiyini bəyan edib.
Bu barədə İranın ali lideri Muctəba Xameneinin adından yayılan bəyanatda, dövlət televiziyasına istinadən məlumat verilib.
Bəyanatda qeyd olunur ki, düşmənin hücumları və bombardmanlarına baxmayaraq, silahlı qüvvələr müharibəni böyük qələbəyə çevirib:
“Düşmənin vurduğu zərbələrə və dağıntılara baxmayaraq, silahlı qüvvələrimiz bu müharibəni böyük qələbəyə çevirdi.”
Sənəddə həmçinin əhaliyə son 40 gün ərzində olduğu kimi kütləvi yürüş və aksiyalarda fəal iştirak etməyə davam etmələri çağırışı da yer alıb.