Geri qayıt Çap et

ABŞ İran səbəbilə NATO ölkələrini cəzalandırmaq istəyir

ABŞ bəzi NATO ölkələrindən qoşunlarını çıxarmağı nəzərdən keçirir.

Bu barədə Wall Street Journal nəşri Donald Trampın administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, bu addım İranla bağlı mövqeyə görə “cəzalandırma” tədbiri kimi qiymətləndirilir.

Plana əsasən, Vaşinqtonun ABŞ və İsrailin İrana qarşı hərəkətlərində “faydasız” hesab etdiyi ölkələrdən hərbi qüvvələr çıxarıla bilər. Bu qüvvələrin isə ABŞ kampaniyasını dəstəkləyən ölkələrə yerləşdirilməsi nəzərdən keçirilir.

Nəşr yazır ki, bu ideya Ağ Evdə bir neçə yüksək vəzifəli şəxs tərəfindən dəstəklənir, lakin layihə hələ ilkin mərhələdədir. Paralel olaraq müttəfiqlərə qarşı digər təzyiq vasitələri də müzakirə olunur.

Mənbələrin bildirdiyinə görə, mümkün addımlar arasında ən azı bir Avropa ölkəsində ABŞ hərbi bazasının bağlanması da var. Ehtimal olunan variantlar kimi İspaniya və ya Almaniya göstərilir.

DenMedia.az