Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan 1 aprel tarixində Kremldə keçirilən qapalı görüş zamanı sərt danışıq aparıblar, bu barədə Lenta.ru erməni KİV-lərinə istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, Moskvada Paşinyanla görüşün nəticəsində hər hansı razılaşmaya gəlməyin mümkün olmadığı qənaətinə gəlinib.
Bununla əlaqədar, jurnalistlərin vurğuladığına görə, guya praktiki addımların atılması barədə qərar qəbul olunub. Xüsusilə, Moskva tərəfindən Ermənistanın mövcud hakimiyyəti ilə əlaqəli iri şirkətlərə, müəssisələrə və mədəni təşkilatlara giriş qadağasının tətbiqi qeyd olunur.